• cümə, 29 Mart, 16:34
  • Baku Bakı 14°C

Sabah da paytaxtda yağış yağacaq

24.11.19 16:45 606
Sabah da paytaxtda yağış yağacaq
Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir, bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Mülayim cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 4-6, gündüz 6-9° isti, Bakıda gecə 4-6°, gündüz 7-9° isti olacaq.
Atmosfer təzyiqi normadan yüksək 773 mm civə sütunundan 770 mm civə sütununa
enəcək. Nisbi rütubət 85-95 % olacaq.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin bəzi şərq rayonlarında arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 0-4° isti, gündüz 6-11° isti, dağlarda gecə 2-7° şaxta,
gündüz 0-4° isti olacaq.
banner

Oxşar Xəbərlər