AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Sabah çətirinizi götürməyi unutmayın

Sabah çətirinizi götürməyi unutmayın

Təfsilat
05 Dekabr 2012, 13:16 1094
Dekabrın 6-da Azərbaycan ərazisində hava yağışlı olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Trend-ə bildiriblər ki, Bakıda və Abşeron yarımadasında dekabrın 5-dən 6-na keçən gecə bəzi yerlərdə yağış yağacağı, gündüz dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi gündüz cənub-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 6-9, gündüz 10-14 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında dekabrın 6-da hava şəraitinin bəzi yerlərdə yağış yağacağı, gecə dağlıq rayonlarda sulu qar, qar yağacağı ehtimalı var, gündüz əsasən yağmursuz keçəcək. Qərb küləyi əsəcək, gecə və səhər arabir güclənəcək.

Havanın temperaturu gecə 2-7, gündüz 10-15, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 8-13 dərəcə isti olacağı gözlənilir.

Dekabrın 6-ı gündüzdən hava şəraitinin sabitləşəcəyi, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.