• şənbə, 20 Aprel, 16:41
  • Baku Bakı 23°C

Sabah Cənub Qaz Dəhlizinin rəsmi açılışı olacaq

28.05.18 18:21 551
Sabah Cənub Qaz Dəhlizinin rəsmi açılışı olacaq
Sabah Cənub Qaz Dəhlizinin rəsmi açılışı olacaq.
APA-nın məlumatına görə, bunu bu gün Azərbaycan prezidentiİlham ƏliyevAzərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə keçirilən rəsmi qəbulda deyib.
"Biz dənizləri neft-qaz kəmərləri ilə birləşdirdik.Tarixdə ilk dəfə olaraq Xəzər dənizi Qara dənizlə, Aralıq dənizi ilə neft kəmərləri vasitəsilə birləşdi. Bizim təşəbbüsümüzləBakı-Tbilisi-Ceyhan,Bakı-Tbilisi-Ərzurum, Bakı-Supsa neft və qaz kəmərləri inşa edildi. Enerji təhlükəsizliyi baxımından Azərbaycan nəinki regionda, dünya miqyasında önəmli ölkəyə çevrildi. Hazırda Cənub Qaz Dəhlizinin icrası ilə bağlı böyük işlər görülür və sabah Cənub Qaz Dəhlizinin rəsmi açılışı olacaq. Bu da böyük tarixi qələbəmizdir”, - deyə dövlət başçısı bildirib.
Prezidentİlham Əliyevqeyd edib ki, Azərbaycanın təbii qaz resursları ən azı 100 il bundan sonra bizə və bizdənbu əməkdaşlıq nəticəsində faydalanan ölkələrə kifayət edəcək: "Amma buna baxmayaraq, biz yenə də qabağa baxmalıyıq. Biz ölkəmizin uzunmüddətli, dayanıqlı inkişaf strategiyasını təmin etməliyik. Bu məsələ ilə bağlı bizim çox aydın fikirlərimiz, baxışlarımız var”.
banner

Oxşar Xəbərlər