• cümə axşamı, 25 aprel, 06:23
  • Baku Bakı 14°C

Sabah bu ərazilərdə işıq olmayacaq

06.08.19 17:50 10610
Sabah bu ərazilərdə işıq olmayacaq
110 kv-luq "I Binəqədi hava elektrik verilişi xətti"ndə aparılan yenidənqurma işləri ilə əlaqədar olaraq sabah saat 10:00-dan 15:30-dək Abşeron rayonu AAAF Yaşayış massivi və Masazır qəsəbəsinin bəzi ərazilərində elektrik enerjisinin verilişində qısa müddətli fasilələr yaranacaq.
Bu barədə Trend-ə "Azərişıq” ASC-dən məlumat verilib.
Yaranacaq narahatçılığa görə "Azərişıq” ASC istehlakçılarından üzr istəyir.
Pirşağı-Sumqayıt dəmir yolunun 35-ci km-də Fatmayı yeraltı avtomobili yol keçidinin tikintisi ilə əlaqədar 110/35/6 kV-luq "136 saylı yarımstansiya"dan çıxan, Bağlar ETSİ-nin balansında olan 6 kV-luq hava xətti də şəbəkədən açılacaq və Fatmayı bağlarının bəzi ərazilərində saat sabah saat 11.00-dan 16.00-a qədər elektrik enerjisinin verilişində qısa müddətli fasilələr yaranacaq.
banner

Oxşar Xəbərlər