AZE | RUS | ENG |

Sabah bəzi yerlərdə 32 dərəcə isti gözlənilir

Sabah bəzi yerlərdə 32 dərəcə isti gözlənilir
Bakı və Abşeron yarımadasında mayın 18-də hava şəraitinin az buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi əsəcək.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, havanın temperaturunun Abşeron yarımadasında gecə 14-17, gündüz 25-29, Bakıda gecə 15-17, gündüz 26-28 dərəcə isti olacağı gözlənilir.
 
Atmosfer təzyiqi 764 civə sütunu, nisbi rütubət gecə 65-70, gündüz 40-45 faiz təşkil edəcək.
 
Abşeron çimərliklərində mayın 18-də şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) cənub küləyi əsəcək. Dəniz suyunun temperaturu 18-19 dərəcə isti təşkil edəcək.
 
Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) cənub-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu 19-20 dərəcə isti təşkil edəcək.
 
Azərbaycanın rayonlarında mayın 18-də hava şəraitinin əksər rayonlarda əsasən yağmursuz keçəcəyi, lakin günün birinci yarısında bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Zəif şərq küləyi əsəcək.
 
Havanın temperaturunun gecə 12-17, gündüz 27-32, dağlarda gecə 6-11, gündüz 15-20 dərəcə isti olacağı gözlənilir.
 
Tibbi-meteoroloji proqnoza əsasən, mayın 18-də Abşeron yarımadasında komfort temperatur şəraiti meteohəssas insanlar üçün əlverişlidir.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0039
GEL 1 Gürcü larisi 0.6936
GBP 1 İngilis funt sterlinqi 2.2514
TRY 1 Türk lirəsi 0.3502
KWD 1 Küveyt dinarı 5.6140
SEK 1 İsveç kronu 0.1915
EUR 1 Avro 1.9874
CHF 1 İsveçrə frankı 1.6979
USD 1 ABŞ dolları 1.7000