• cümə axşamı, 28 mart, 19:16
  • Baku Bakı 13°C

Sabah bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsinə başlanacaq

21.10.14 18:09 1012
Sabah bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsinə başlanacaq
Azərbaycanda oktyabrın 22-dən bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi prosesinə start veriləcək.
APA-nın xəbərinə görə, bu barədə Mərkəzi Seçki Komissiyasının iclasında məlumat verilib.
Qanunvericiliyə əsasən bələdiyyə seçkilərinin təyin edilməsi barədə MSK-nın qərarı dərc edildiyi gündən bələdiyyə üzvlüyünə namizədlər irəli sürülə bilər. Bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi proseduru seçki gününə 30 gün qalmış başa çatır.
Bələdiyyə üzvlüyünə namizədlərin təşviqat kampaniyası bələdiyyə seçkilərinə 23 gün qalmış başlayacaq, bələdiyyə seçkilərinə 1 sutka qalmış - yəni dekabrın 22-də saat 24:00-da başa çatacaq.
Xatırladaq ki, bu gün MSK bələdiyyə seçkilərinin dekabrın 23-də keçirilməsi barədə qərar qəbul edib.
banner

Oxşar Xəbərlər