• cümə axşamı, 28 mart, 23:02
  • Baku Bakı 13°C

Sabah Batumidə Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşü keçiriləcək

21.05.17 14:43 1131
Sabah Batumidə Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşü keçiriləcək
Azərbaycanın müdafiə naziriZakir HəsənovGürcüstanda səfərdədir.
APA-nın Gürcüstan bürosunun məlumatına görə, Z. Həsənov bu gün Heydər Əliyevin Tiflisdəki büstünü ziyarət edib.
Sabah Z. Həsənovun səfər çərçivəsində Gürcüstanlı həmkarı Levan İzoriya ilə görüşü planlaşdırılıb. İki ölkə arasında ikitərəfli müdafiə məsələləri müzakirə olunacaq və nazirliklər arasında memorandum imzalanacaq.
Sabah Azərbaycan müdafiə nazirinin Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili, Gürcüstan prezidenti Giorgi Marqvelaşvili ilə görüşləri də planlaşdırılıb. Z. Həsənov sabah axşam saatlarında isə Batumidə Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin iştirak etdiyi üçtərəfli görüşə qatılacaq.
banner

Oxşar Xəbərlər