• cümə, 29 Mart, 17:06
  • Baku Bakı 14°C

Sabah Bakıya yağış, bəzi rayonlara qar yağacaq

28.02.21 14:00 1070
Sabah Bakıya yağış, bəzi rayonlara qar yağacaq
Sabaha gözlənilən hava proqnozu açıqlanıb.
Milli Hidrometeorologiya XidmətindənAPA-ya verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək.
Gündüz bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var.Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 4-6 dərəcə isti, gündüz 6-8 dərəcə isti, Bakıda gecə 4-6 dərəcə isti, gündüz 6-8 dərəcə isti olacaq.Atmosfer təzyiqi762 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək,nisbi rütubət 70-80 faiz olacaq.

Martın 1-də Azərbaycanın rayonlarındaarabiryağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə dumanolacaq. Qərb küləyiayrı-ayrı yerlərdə arabir güclənəcək.Havanın temperaturugecə 0-4 dərəcə isti, gündüz 7-11 dərəcə isti, dağlarda gecə 3-5 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 5-10 dərəcə şaxta, gündüz 0-3 dərəcə şaxta olacaq.
banner

Oxşar Xəbərlər