• cümə axşamı, 25 aprel, 16:45
  • Baku Bakı 23°C

Sabah Bakının hansı küçələri bağlı olacaq? - SİYAHI

11.12.14 15:14 1164
Sabah Bakının hansı küçələri bağlı olacaq? - SİYAHI
Sabah səhər saatlarından ümumilli lider Heydər Əliyevin anım mərasimi ilə əlaqədar bəzi yollarda hərəkət məhdudlaşdırılacaq. Lent.az-ın məlumatına görə, bu haqda Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimai qurumlarla əlaqə bölməsinin rəisi Vaqif Əsədov anspress-ə açıqlamasında bildirib. Onun sözlərinə görə, dekabrın 12-də Heydər Əliyevin xatirəsinin yad edilməsi məqsədilə Parlament prospekti Fəxri Xiyaban istiqamətində bütün avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq.
Vaqif Əsədov bildirib ki, ziyarətə gələnlərin təhlükəsizliyinin təmin edilməsi, rahat və təhlükəsiz hərəkətinin təşkil edilməsi məqsədilə tədbir başlanandan qurtaranadək, yəni səhər saat 08:00-dan tədbir tam başa çatana qədər Mehdi Hüseyn küçəsi 1 ünvanından, yəni Teleteatr binası yanından və Mikayıl Müşviq küçəsinin Hüseyn Cavid prospekti ilə kəsişməsindən, eyni zamanda Mikayıl Müşviq dairəsi və Mətbuat prospekti kəsişməsindən bu istiqamətlərə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq, istiqamət dəyişdiriləcək.
"Ona görə də avtomobil sahibləri və sürücülərdən xahiş olunur ki, Parlament prospekti və onunla kəsişən digər küçə və yollar üzrə hərəkət etmək niyyətində olanlar əvvəlcədən planlaşdırılmış alternativ yollardan istifadə etsinlər".
banner

Oxşar Xəbərlər