• cümə, 19 Aprel, 19:01
  • Baku Bakı 24°C

Sabah Bakıda AŞPA-nın komitə iclası keçiriləcək

14.03.17 13:15 564
Sabah Bakıda AŞPA-nın komitə iclası keçiriləcək
Sabah BakıdaAvropa ŞurasıParlament Assambleyasının (AŞPA) Miqrasiya, Qaçqın və Məcburi Köçkünlər üzrə Komitəsinin iclası keçiriləcək.
APA-nınAŞPA-nın saytına istinadən verdiyi məlumata görə, iclasda iştirak etmək üçünAŞPAMonitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Sezar Florin Preda da Azərbaycana gələcək.
Milli Məclisdə keçiriləcək iclasın açılış mərasimində komitənin sədri, Milli Məclisin deputatı Sahibə Qafarova və AzərbaycanınAŞPA-dakı nümayəndə heyətinin rəhbəriSəməd Seyidovçıxış edəcək.
Daha sonra xarici işlər naziriElmar Məmmədyarov, təhsil naziriMikayıl Cabbarov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədriHicran Hüseynova, Dövlət Miqrasiya Xidmətinin rəisi Firidun Nəbiyev, Avropa Şurasının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Draqana Filipoviç, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard vəBMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının nümayəndəsi Furio de Angelisin iştirakı ilə müzakirələr nəzərdə tutulur.
İştirakçılar daha sonra Müşviqabad qəsəbəsində qaçqınlar və məcburi köçkünlər üçün salınmışyaşayış qəsəbəsinə baş çəkəcək, Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin rəhbəri Əli Həsənovla görüşəcəklər.
İclas martın 16-da da davam etdiriləcək, müxtəlif məruzəçilərin hesabatları dinləniləcək.
banner

Oxşar Xəbərlər