• çərşənbə axşamı, 23 aprel, 22:49
  • Baku Bakı 20°C

Sabah Bakıda 38, rayonlarda 42 dərəcə isti olacaq

11.08.16 13:17 762
Sabah Bakıda 38, rayonlarda 42 dərəcə isti olacaq
Avqustun 12-də Bakı və Abşeron yarımadasındahavaşəraiti dəyişkən buludlu, yağmursuz olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya DepartamentindənAPA-ya verilən məlumata görə, şimal küləyi arabir güclənəcək.

Havanın temperaturu yarımadada gecə 23-26, gündüz 33-38, Bakıda gecə 24-26, gündüz 36-38 dərəcə olacağı gözlənilir.

Atmosfer təzyiqi 757 mm civə sütunu,nisbi rütubət gecə 65-75%, gündüz 35-45% təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturunun Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 25-26, Buzovna, Mərdəkan, Şüvəlanda 26-27, Türkan, Hövsan, Sahil, Şıxda 27-28 dərəcə olacağı gözlənilir.

Azərbaycanın rayonlarındahavaşəraiti yağmursuz olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 21-26, gündüz 35-40, bəzi yerlərdə 42,dağlarda gecə 16-21, gündüz 28-33 dərəcə isti olacağı gözlənilir.
banner

Oxşar Xəbərlər