• cümə, 26 Aprel, 07:04
  • Baku Bakı 12°C

Sabah Bakıda 36, bölgələrdə 40 dərəcə isti olacaq

02.08.17 12:55 1034
Sabah Bakıda 36, bölgələrdə 40 dərəcə isti olacaq
Avqustun 3-dəBakıda və Abşeron yarımadasındahavadəyişkən buludlu, əsasən yağmursuz olacaq. Ekologiya və Təbii Sərvətlər NazirliyindənAPA-ya verilən xəbərə görə, axşam yarımadanın bəzi yerlərində qısamüddətliyağış yağacağı ehtimalı var. Şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 23-26° isti, gündüz 32-37° isti,Bakıda gecə 24-26° isti, gündüz 34-36° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək.Nisbi rütubət gecə 70-80 %, gündüz 45-55 % olacaq.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı,Nardaran, Bilgəhdə 25-26°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 26-27°,Türkan, Hövsan, Sahil, Şıxda 27-28° isti təşkil edəcək.
Sabah Azərbaycanın rayonlarındahavayağmursuz olacaq. Zəif şərq küləyi əsəcək.Havanın temperaturunun gecə 21-26°, gündüz 35-40°,dağlarda gecə 15-20°i, gündüz 27-32° isti olacağı gözlənilir.
banner

Oxşar Xəbərlər