• çərşənbə axşamı, 23 aprel, 15:52
  • Baku Bakı 24°C

Sabah Bakıda 31, rayonlarda 34 dərəcə isti olacaq

18.06.18 12:15 887
Sabah Bakıda 31, rayonlarda 34 dərəcə isti olacaq
Sabahaolan hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən APA-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, yağmursuz olacaq.Şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir. Havanın temperaturu gecə19-23° isti, gündüz 27-32° isti, Bakıdagecə 20-22° isti, gündüz29-31° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 761 mm civə sütunu təşkil edəcək.

Nisbi rütubət gecə 65-750 %, gündüz 40-45 % olacaq.

Abşeron şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba) şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.

Dəniz suyunun temperaturu 21-22° isti təşkil edəcək. Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.

Dəniz suyunun temperaturu 22-23° isti təşkil edəcək.

İyunun 19-da Abşeron yarımadasında xəzri küləyinin arabir güclənməsi və iyun ayı üçün səciyyəvi temperatur şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Azərbaycanın rayonlarında əsasən yağmursuz olacaq. Lakin bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı ehtimalı var. Qərb küləyi ayrı
-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 17-22° isti, gündüz 29-34° isti, dağlarda gecə 9-14° isti, gündüz 18-23° isti təşkil edəcək.
banner

Oxşar Xəbərlər