AZE | RUS | ENG |

“Sabah Bakı məktəbləri polis nəzarətində olacaq”

“Sabah Bakı məktəbləri polis nəzarətində olacaq”
Bakıda "Son zəng” günü orta məktəblərə polis nəzarəti gücləndiriləcək.
 
Bu barədə APA-ya açıqlamasında Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) rəis müavini, polis general-mayoru Səhlab Bağırov bildirib.
 
O qeyd edib ki, son zənglə əlaqədar iyunun 14-də Baş Polis İdarəsinin polis qarnizonu gücləndirilmiş iş rejimində çalışacaq. Paytaxtda fəaliyyət göstərən bütün məktəblər polisin nəzarətinə götürüləcək və orta məktəblərin yerləşdiyi ərazilərdə polis naryadlarının sayı artırılacaq. Həmçinin "Son zəng”lə bağlı tədbirlərin məktəblərin ərazisindən kənarda keçirilməsinə imkan verilməyəcək.

S. Bağırov "Son zəng" günü paytaxtda təhlükəsizlik tədbirlərinin yüksək səviyyədə təşkil olunacağını, ictimai asayişin tam təmin ediləcəyini bildirib.
  
Qeyd edək ki, bu il Azərbaycanda 83001 şagird 11-ci sinifi bitirəcək.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6914
GBP 1 İngilis funt sterlinqi 2.2363
TRY 1 Türk lirəsi 0.3578
KWD 1 Küveyt dinarı 5.6134
SEK 1 İsveç kronu 0.1913
EUR 1 Avro 1.9658
CHF 1 İsveçrə frankı 1.7038
USD 1 ABŞ dolları 1.7000