• cümə axşamı, 25 aprel, 09:29
  • Baku Bakı 14°C

Sabah Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb

04.08.17 13:10 765
Sabah Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb
Sabah Azərbaycanda müşahidə olunacaqhavaproqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər NazirliyindəınAPA-ya verilən xəbərəgörə, avqustun 5-dəBakıda və Abşeron yarımadasındahavagünəşli olacaq,zəif şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 23-26° isti, gündüz 34-38° isti,Bakıda gecə 24-26° isti, gündüz 35-37° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək.Nisbi rütubət gecə 70-80 %, gündüz 40-45 % olacaq.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı,Nardaran, Bilgəhdə 25-26°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 26-27°,Türkan, Hövsan, Sahil, Şıxda 27-28° isti təşkil edəcək.
Sabah Azərbaycanın rayonlarındahavayağmursuz olacaq. Mülayim şərq küləyi əsəcək.Havanın temperaturu gecə 20-25° , gündüz 35-40° isti, dağlarda gecə 15-20°,gündüz 27-32° isti olacağı gözlənilir.
banner

Oxşar Xəbərlər