• çərşənbə, 24 Aprel, 02:45
  • Baku Bakı 14°C

Sabah Azərbaycanda havanın temperaturu 41 dərəcəyədək yüksələcək

05.08.16 14:05 789
Sabah Azərbaycanda havanın temperaturu 41 dərəcəyədək yüksələcək
Avqustun 6-da Bakıda və Abşeron yarımadasındahavaşəraitinin yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya DepartamentindənAPA-ya verilən xəbərə görə, şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək. Havanın temperaturunun gecə 22-26, gündüz 33-38, Bakıda gecə 23-25, gündüz 35-37 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 758 mm civə sütunu, nisbi rütubət gecə 60-70 %, gündüz 35-45 % təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 24-25, Buzovna, Mərdəkan, Şüvəlanda 25-26, Türkan, Hövsan, Sahil, Şıxda 27-28 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarındahavaşəraitinin yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Zəif şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 20-25, gündüz 35-39, bəzi yerlərdə 41 dərəcə isti, dağlarda gecə 15-20, gündüz 26-31 dərəcə isti olacağı gözlənilir.
banner

Oxşar Xəbərlər