• cümə, 29 Mart, 18:25
  • Baku Bakı 14°C

Sabah Azərbaycanda havanın hərarəti 40 dərəcəyə çatacaq

27.07.17 13:00 1164
Sabah Azərbaycanda havanın hərarəti 40 dərəcəyə çatacaq
Azərbaycanda iyulun 28-nə olanhavaproqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər NazirliyindənAPA-ya verilən xəbərə görə, iyulun 28-də Bakıda və Abşeron yarımadasındahavagünəşli olacaq, şimal-qərb küləyi gündüz mülayim cənub küləyi ilə əvəzlənəcək. Havanın temperaturu gecə 22-26° isti, gündüz 32-37° isti, Bakıda gecə 24-26° isti, gündüz 35-37° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 55-65 %, gündüz 40-50 % olacaq. Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 25-26°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 26-27°, Türkan, Hövsan, Sahil, Şıxda 27-28° isti təşkil edəcək.
Sabah Azərbaycanın rayonlarındahavayağmursuz olacaq. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 21-26° isti, gündüz 35-40° isti, dağlarda gecə 15-20° isti, gündüz 27-32° isti olacağı gözlənilir.
banner

Oxşar Xəbərlər