• çərşənbə axşamı, 19 mart, 12:51
  • Baku Bakı 8°C

Sabah Azərbaycanda havanın hərarəti 18 dərəcəyədək yüksələcək

24.03.17 12:29 857
Sabah Azərbaycanda havanın hərarəti 18 dərəcəyədək yüksələcək
Martın 25-dəBakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək, bəzi yerlərdə zəif duman olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən APA-ya verilən xəbərə görə, şimal-şərq küləyi səhər mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq,gündüz arabir güclənəcək.Havanın temperaturu gecə 3-6° isti, gündüz 10-14° isti, Bakıda gecə 3-5° isti, gündüz 12-14° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək - 770 mm civə sütunundan 763 mm civə sütununa enəcək.Nisbi rütubət gecə 85-95 %, gündüz 60-70% təşkil edəcək.
Sabah Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq.Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.Havanın hərarətinin gecə 2-7° isti, gündüz 13-18° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 5-10° isti olacağı gözlənilir.
banner

Oxşar Xəbərlər