• cümə axşamı, 25 aprel, 02:40
  • Baku Bakı 19°C

Sabah Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb

03.11.16 12:48 827
Sabah Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb
Noyabrın 4-də Bakı və Abşeron yarımadasındahavaşəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər NazirliyindənAPA-ya verilən xəbərə görə, mülayim cənub-qərb küləyi arabir güclənəcək.

Havanın temperaturunun yarəmadada gecə 6-9° isti, gündüz 11-15° isti,Bakıda gecə 7-9° isti, gündüz 13-15° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunundan 763 mm civə sütununa enəcək.Nisbi rütubət gecə 75-85%, gündüz 60-70 % təşkil edəcək.

Sabah Azərbaycanın rayonlarındahavaəsasən yağmursuz, gecə və səhər bəzi yerlərdə duman olacaq.Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunungecə 3-8° isti,gündüz 11-16° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 6-11°isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoza gəlincə, noyabrın 4-də Abşeron yarımadasında atmosfer təzyiqinin enməsi fonunda arabir güclənəngilavar küləyi bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər. Noyabrın 5-də mülayim xəzriküləyinin əsəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün nisbətən əlverişlidir.
banner

Oxşar Xəbərlər