• cümə, 26 Aprel, 22:19
  • Baku Bakı 22°C

Sabah 38 dərəcə isti gözlənilir

27.06.13 10:52 1335
Sabah 38 dərəcə isti gözlənilir
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova APA-ya açıqlamasında deyib ki, şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 18-23 dərəcə, gündüz 29-34 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın əksər rayonlarda hava əsasən yağmursuz keçəcək. Lakin axşam və gecə bəzi şimal rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu Mərkəzi Aran rayonlarında gecə 18-23 dərəcə, gündüz 33-38 dərəcə isti, dağlarda gecə 10-15 dərəcə, gündüz 22-27 dərəcə isti müşahidə olunacaq.
banner

Oxşar Xəbərlər