• cümə, 29 Mart, 19:43
  • Baku Bakı 14°C

Sabah 28 dərəcə isti olacaq

17.10.13 11:03 1348
Sabah 28 dərəcə isti olacaq
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin APA-ya verdiyi məlumata görə, səhər bəzi yerlərdə zəif duman müşahidə olunacaq. Cənub küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 14-17, gündüz 23-28 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında oktyabrın 18-də yağmursuz hava şəraiti müşahidə olunacaq. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub-qərb küləyi əsəcək, dağlıq ərazilərdə arabir güclənəcək. Havanın temperaturu gecə 12-17, gündüz 22-27 dərəcə, dağlarda gecə 3-8, gündüz 15-20 dərəcə isti olacaq.
Oktyabrın 18-də Abşeron yarımda mülayim hava şəraiti və meteoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əsasən əlverişlidir.
banner

Oxşar Xəbərlər