• şənbə, 20 Aprel, 08:15
  • Baku Bakı 14°C

Saatlıda yol tikintisinə 700 min manat ayrılıb

05.01.18 18:10 731
Saatlıda yol tikintisinə 700 min manat ayrılıb
Azərbaycan prezidentiİlham ƏliyevSaatlı rayonunun Saatlı–Dədə Qorqud–Əhmədbəyli avtomobil yolununtikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
APA-nın məlumatına görə, dörd min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Saatlı–Dədə Qorqud–Əhmədbəyli avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 700 min manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.
Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.
banner

Oxşar Xəbərlər