• cümə, 29 Mart, 06:25
  • Baku Bakı 5°C

Saatlıda qatar minik avtomobili ilə toqquşub, 3 nəfər ölüb

15.02.17 20:56 1356
Saatlıda qatar minik avtomobili ilə toqquşub, 3 nəfər ölüb
Saatlı rayonunda ağır yol qəzası baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, insident rayonun Sarıcalar kəndində qeydə alınıb.

Teplovozla minik avtomobilinin toqquşması nəticəsində 3 nəfər ölüb. İlkin məlumata əsasən, ölənlər bir ailənin üzvləridir.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları işləyir. İnsidentin səbəbləri araşdırılır.
banner

Oxşar Xəbərlər