• cümə, 29 Mart, 13:38
  • Baku Bakı 14°C

Saatlıda qanunsuz odlu silah gəzdirən şəxs saxlanılıb

14.01.20 21:38 1843
Saatlıda qanunsuz odlu silah gəzdirən şəxs saxlanılıb
Beyləqan rayon sakinindən ov tüfəngi götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundanAZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları qanunsuz odlu silah-sursat gizlədən şəxslərin aşkarlanması məqsədilə əməliyyat tədbiri həyata keçiriblər.
Əməliyyat nəticəsində Beyləqan rayonunun İmamverdilər kənd sakini Teymur Kərimov Saatlı rayonu ərazisində qanunsuz olaraq odlu silah gəzdirdiyi üçün saxlanılıb. T.Kərimovdan bir ədəd "İJ-58” markalı müvafiq sənədləri olmayan ov silahı aşkarlanaraq götürülüb.
Faktla bağlı Saatlı Rayon Polis Şöbəsində araşdırma aparılır.
banner

Oxşar Xəbərlər