• şənbə, 20 Aprel, 03:46
  • Baku Bakı 15°C

Saatlıda köməkçi tikili yanıb, ev quşları yanaraq tələf olub

13.04.17 09:10 1073
Saatlıda köməkçi tikili yanıb, ev quşları yanaraq tələf olub
Saatlıda yanğın hadisəsi baş verib.
APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Saatlı rayonu, Nərimankənd kəndində vətəndaşa məxsus ümumi sahəsi 54 m2 olan köməkçi tikilinin tavanı 20 m2 sahədə yanıb.
Yanğın zamanı tikilidə sayı məlum olmayan ev quşu tüstüdən boğularaq tələf olub.
Köməkçi tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 04:33-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
banner

Oxşar Xəbərlər