• şənbə, 20 Aprel, 16:20
  • Baku Bakı 23°C

Saatlı sakininin müəmmalı intiharı

23.07.13 13:02 1333
Saatlı sakininin müəmmalı intiharı
Saatlı rayonunda asılmış meyit tapılıb.
Rayon sakini Rəhim Süleymanovun APA-nın Mil-Muğan bürosuna bildirdiyinə görə, qardaşı oğlu, Saatlı şəhəri Müşfiq küçəsi-5 ünvanında yaşayan, 1982-ci il təvəllüdlü Süleymanov Zaur Məhəmməd oğlu ötən gün müəmmalı şəkildə ölüb.
İyulun 22-də saat 22.00 radələrində Zaur Süleymanov həyat yoldaşını evə ötürdükdən sonra arxasınca gələn dostları ilə naməlum istiqamətə gedib. Bir neçə saatdan sonra Saatlı rayon Xəstəxanasından onun yaxınlarına zəng edilib və bildirilib ki, Zaur guya özünü asaraq intihar edib. R. Süleymanov qeyd edib ki, Zaur Mollavəzili kəndində yerləşən dostuna məxsus toyuq fermasında asılı vəziyyətdə aşkar edilib. Onun sözlərinə görə, asılı vəziyyətdə tapılan meyitin ayağının altında heç bir dayaq olmayıb və onun bədənində çoxsaylı qara ləklər aşkarlanıb. Əmisi qeyd edib ki, Zaur kimlərsə tərəfindən öldürüldükdən sonra asılıb və onu asmaqla hadisəni intihar kimi qələmə verirlər. Zaurun dostlarının hansısa dini təriqət üzvləri olduğu bildirilir. Guya onlar bütün dünyada vahid din yaratmaq ideyası ətrafında birləşiblər.
Bu gün səhər saatlarında Saatlı rayon Patoloji Anatomiya Mərkəzində Zaur Süleymanovun meyiti ekspertizadan keçirilib. Hələlik ölümün səbəbləri haqqında məlumat verilmir.
Faktla bağlı Saatlı rayon Prokurorluğunda cinayət işi açıb, araşdırma aparılır. Üç nəfərdən izahat alındığı bildirilir.
banner

Oxşar Xəbərlər