• çərşənbə axşamı, 16 aprel, 17:18
  • Baku Bakı 19°C

Saakaşviliyə qarşı daha bir ittiham

13.08.14 15:04 911
Saakaşviliyə qarşı daha bir ittiham
APA-nın “Qruziya online” saytına istinadən verdiyi məlumata görə, Gürcüstan Respublikası Baş Prokurorluğunun yaydığı açıqlamada onun 8,8 milyon lari (təxminən 5 milyon ABŞ dolları) miqdarında dövlət vəsaitini mənimsədiyi iddia olunur.
Bildirilir ki, M. Saakaşvilinin tapşırığı ilə Gürcüstanın Dövlət Xüsusi Mühafizə Xidməti tərəfindən 8,8 milyon lari dövlət vəsaiti aşpazlara, massajçılara, xarici qonaqların qaldığı otellərə, İtaliyada yaxta icarəsinə və digər yerlərə xərclənilib.
Təqsirli bilindiyi halda M. Saakaşvilinin 7-11 il müddətinə həbs cəzasına məhkum edilməsi gözlənilir. Hazırda o, ölkədə yoxdur.
banner

Oxşar Xəbərlər