AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Saakaşvili ukraynalı nazirə istefa ərizəsi yazdırdı

Saakaşvili ukraynalı nazirə istefa ərizəsi yazdırdı

Təfsilat
02 İyul 2015, 13:06 933
Ukraynanın səhiyyə naziri Aleksandr Kvitaşvili istefa ərizəsini yazıb.

APA-nın UNN-ə istinadən verdiyi məlumata görə, A. Kvitaşvili Odessa vilayətinin qubernatoru Mixail Saakaşvilinin tənqidindən sonra bu addımı atmaq qərarına gəlib.

Ukrayna parlamentinin “Pyotr Poroşenkonun Bloku” fraksiyasının sədr müavini İqoq Kononenko bildirib ki, hələlik Nazirlər Kabineti A. Kvitaşvilinin ərizəsinə baxmayıb.

Xatırladaq ki, bir neçə gün bundan öncə Saakaşvili Kvitaşvilini istefa verməyə çağırmışdı.