• şənbə, 20 Aprel, 04:48
  • Baku Bakı 15°C

Saakaşvili: "Tbilisi məhkəməsinin qərarı sağlam düşüncəyə ziddir"

05.01.18 17:15 630
Saakaşvili: "Tbilisi məhkəməsinin qərarı sağlam düşüncəyə ziddir"
Gürcüstanın sabiq prezidentiMixeil SaakaşviliTbilisi şəhər məhkəməsinin qərarını qanunsuz adlandırıb.
APA-nın xəbərinə görə, o bu barədə "Facebook" səhifəsində yazıb.
M.Saakaşvili bildirib ki, qərar Gürcüstanın keçmiş baş naziri, "Qazprom” un ən böyük səhmdarı, milyarderBidzina İvanişvilinin göstərişi ilə verilib: "Düşünürəm ki, Poroşenkovə İvanişvili bununla bağlı razılaşıblar. Bu qərar tamamilə qanunsuzdur və bütün beynəlxalq, milli normalara,sağlam düşüncəyə ziddir".
Qeyd edək ki, Tbilisi şəhər Məhkəməsində Sandro Qirqvliani işi ilə bağlı M. Saakaşvilinin 3 il müddətinə azadlıqdan məhrum edilməsi barədə qiyabi hökm çıxarılıb.
M. Saakaşvili "vəzifə səlahiyyətlərindən sui-istifadə” maddəsinə əsasən təqsirli bilinir.
İstintaqın versiyasına görə, M. Saakaşvili o zamankı Konstitusiya Təhlükəsizliyi Departamentinin rəhbəri Data Axalayaya bank işçisi S. Qirqvlianinin ölümündə təqsirli bilinənləri azad edəcəyini deyib və sonra Əfv Komissiyasından kənar Qerontiy Alaniya, Mixail Bibiluridze, Avtandil Aptsiauri və Aleksandr Qaçavanı azad edib.
banner

Oxşar Xəbərlər