• cümə, 29 Mart, 09:52
  • Baku Bakı 5°C

Saakaşvili: "Pyotr Poroşenkonun adından mənə hədə-qorxu gəliblər"

06.12.17 09:10 2112
Saakaşvili: "Pyotr Poroşenkonun adından mənə hədə-qorxu gəliblər"
Gürcüstanın sabiq prezidenti, Ukraynanın Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvili iddia edir ki, ukraynalı sahibkar Aleksandr Qranovski ondan mitinqlərdə çıxışlara son qoymağı tələb edib. M.Saakaşvili bu tələbə əməl etməyəcəyi təqdirdə prezidentPyotr Poroşenkonun adından çıxış edən sahibkar onu məhkəmələr və deportasiya ilə üzləşəcəyi ilə hədələyib.
"Poroşenko bir neçə həftə əvvəl Qranovskini yanıma göndərib. O mənə dedi: "Əgər çıxışlara son qoymasan, biz sənin əleyhinə olan materialları təqdim edərək, səni məhkəmələr qarşısına çıxaracağıq və Gürcüstana göndərəcəyik”, - deyə Saakaşvili Ali Rada qarşısında tərəfdarlarına bildirib.
Qeyd edək ki, ötən gün hüquq-mühafizə orqanları tərəfindən saxlanılan, lakin sonra tərəfdarlarının köməyi ilə azad edilən M. Saakaşvili Radanın qarşısında aksiya keçirərək kiyevliləri Maydana toplaşmağa çağırıb.
banner

Oxşar Xəbərlər