• cümə, 29 Mart, 13:56
  • Baku Bakı 14°C

Saakaşvili istintaqa izahat verməkdən imtina edib

06.12.17 09:40 1527
Saakaşvili istintaqa izahat verməkdən imtina edib
Gürcüstanın sabiq prezidenti, Ukraynanın Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvili istintaqa izahat verməkdən imtina edib.APA-nın "RT” telekanalına istinadən verdiyi xəbərə görə, bu barədə "Yeni qüvvələr hərəkatı”nın mətbuat katibi Maryana Poçtar bildirib.
"Saakaşvili heç bir prosessual sənəd imzalamayıb, nə də almayıb. Nə o özü, nə də vəkilləri. Hətta şübhəli şəxs hesab olunmasına dair belə sənəd təqdim edilməyib”, - deyə Maryana Poçtar bildirib.
Onun sözlərinə görə, dekabrın 6-na Ali Radanın qarşısında keçiriləcək brifinqdə M.Saakaşvili vəkilləri ilə birlikdə məsələyə aydınlıq gətirəcək.
Qeyd edək ki,Baş Prokurorluqbundan əvvəl M.Saakaşvili barəsində axtarış elan edib.
banner

Oxşar Xəbərlər