• cümə, 29 Mart, 08:59
  • Baku Bakı 5°C

Saakaşvili: “Azərbaycanın bizə etdiyini qardaş-qardaşa etməz”

23.10.13 15:24 1083
Saakaşvili: “Azərbaycanın bizə etdiyini qardaş-qardaşa etməz”
APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu sözləri Gürcüstan prezidenti Mixail Saakaşvili Qardabanidə azərbaycanlılarla görüşdən sonra jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, Azərbaycan nəinki Cənubi Qafqazda, eləcə də bütün Qafqazda öz sözünü deyən ən böyük və güclü dövlətdir: “Azərbaycan Gürcüstanın çiçəklənməsində və iqtisadiyyatının inkişafında ən önəmli rol oynayan qonşu, strateji tərəfdaş və qardaş ölkədir. Azərbaycan dövləti Gürcüstanın çətin vaxtlarında elə bir iş görüb ki, qardaş-qardaşa bunu etməyib. Bu, tarixi hadisə idi. Bunu unutmağa bizim haqqımız yoxdur və unuda bimərik”.
Mixail Saakaşvili İlham Əliyevin yenidən Azərbaycan prezidenti seçilməsinə də münasibət bildirib: “İlham Əliyevin yenidən prezident seçilməsi məni çox sevindirdi. Onun qələbəsi Gürcüstanın inkişafı deməkdir”.
M. Saakaşvili Azərbaycanla birlikdə Gürcüstanın hələ bir çox vacib layihələr həyata keçirəcəyini vurğulayıb: “Biz Bakı-Tbilisi-Qars dəmir yolu və digər layihələri vətəndaşlarımızın firavanlığı və sosial həyat şəraitinin yaxşılaşdırması, onların sülh şəraitində yaşaması üçün həyata keçiririk”.
banner

Oxşar Xəbərlər