• cümə axşamı, 28 mart, 14:29
  • Baku Bakı 16°C

Rza Zərrab, iki nazir oğlu və daha 14 nəfər həbs edildi

21.12.13 11:38 1085
Rza Zərrab, iki nazir oğlu və daha 14 nəfər həbs edildi
APA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, İstanbul polisi tərəfindən aparılan əməliyyat zamanı saxlanılan iş adamı Rza Zərrab, Xalq Bankın baş direktoru Süleyman Aslan, daxili işlər naziri Müəmmər Gülər ​​və iqtisadiyyat naziri Zəfər Çağlayanın oğulları da olmaqla, 16 nəfər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Fatih bələdiyyəsinin sədri Mustafa Demir isə sərbəst buraxılıb.
R. Zərrab və nazir oğulları tibbi müayinədən keçdikdən sonra Metris həbsxanasına gətirilib.
Məmur statusunda olanlar Paşakapısı, Xalq Bankın baş direktoru Süleyman Aslan isə Silivri həbsxanasına göndəriliblər.
banner

Oxşar Xəbərlər