• cümə axşamı, 28 mart, 17:31
  • Baku Bakı 16°C

Rza Zərrab həbsxanadan xəstəxanaya aparıldı

18.02.14 19:07 1313
Rza Zərrab həbsxanadan xəstəxanaya aparıldı
Türkiyədə “17 dekabr” rüşvət əməliyyatı nəticəsində həbs edilən iş adamı Rza Zərrab xəstəxanaya yerləşdirilib.
Anspress-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə R.Zərrab xərçəng xəstəliyindən müayinə olunmaq üçün xəstəxanaya aparılıb.
Qeyd edək ki, R.Zərrab həbs edilərkən istintaqa ifadəsində xərçəng xəstəsi olduğunu bildirmişdi. Hətta Türkiyənin məşhur müğənnisi İbrahim Tatlıses də iş adamının xəstə olduğunu təsdiq etmişdi.
Xatırladaq ki, Rza Zərrabın gecə xəstəxanada qalıb-qalmayacağı hələlik bilinmir.
banner

Oxşar Xəbərlər