• cümə axşamı, 28 mart, 19:00
  • Baku Bakı 13°C

Röyanın yeni “bomba“sı

19.12.13 14:50 1487
Röyanın yeni “bomba“sı
Uzun müddətdir İstanbulda olan müğənni Röya Ayxan Bakıya qayıdıb.
Axşam.az xəbər verir ki, sənətçi vətənə gələn kimi yeni mahnılar yazdırmağa başlayıb.
Başı albom hazırlıqlarına qarışan Röya ötən gecəni də studiyada keçirib. O, musiqisi Pərviz Mahmudova aid olan bir neçə mahnını səsləndirib.
Bu haqda saytımıza bəstəkar-müğənni Pərviz məlumat verib:
“Röya ilə bir neçə mahnı hazırlamışıq. Musiqiləri mənə, sözləri Aygün İsmayılovaya, Azər Şirinə məxsusdur. Adlarını açıqlaya bilmirəm, çünki həmin dəqiqə mövzunu oğurlayırlar. Bir onu deyim ki, Azərbaycanda ən qiymətli bəstə olacaq. Mahnılar Türkiyədə aranjman olunub. Bu mahnılar Röyanın yeni albomunda yer alacaq”.
banner

Oxşar Xəbərlər