AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Röyanın burnunda ciddi problemləri var

Röyanın burnunda ciddi problemləri var

Mədəniyyət
26 Dekabr 2012, 14:13 1898
Röya Türkiyəyə səfərinin səbəbini açıqlayıb. Day.Az-ın məlumatına görə, müğənni yerli telekanallardan birinə deyib ki, Türkiyəyə getməkdə məqsədi plastik əməliyyat olunmaq idi, lakin son anda qərar dəyişdirib.

"Mən əməliyyat olunmağa razı idim, lakin həkimlər dedilər ki, bu, çox ağır prosedurdur. 2-3 ay yataqda hərəkətsiz qalmalıyam. Burnumla bağlı ciddi problemlərim var. Burnuma beş implantat qoymalı idilər, çünki bizim həkimlərin sayəsində burnumda heç nə qalmayıb. Həkimlər dedilər ki, implant hazırlamaq üçün qabırğamdan istifadə etməlidirlər. Bundan əlavə, bədənimdə yarıqlar da qalacaqdı", - o əlavə edib.