• cümə axşamı, 28 mart, 15:03
  • Baku Bakı 16°C

Röya və Brilliant arasında soyuq savaş bitdi?

30.05.13 14:29 1836
Röya və Brilliant arasında soyuq savaş bitdi?
Müğənni Röya xalq artisti Brilliant Dadaşovanın dünən baş tutan “Apar məni” adlı konsertində iştirak edib.
Axşam.az xəbər verir ki, tərəflər arasında bir müddət öncə yaranan narazıçılığa baxmayaraq, Röya Dadaşovanın konsertinə qatılıb.
O, bu addımıyla xalq artistiylə arasında yaranan soyuq münasibətə son qoyub.
Xatırladaq ki, B.Dadaşovanın “Türkiyə Musiqi ödülləri” yarışması ərəfəsində Röya və Aygünə xitabən “Həmkarlarımın mükafat ala bilməməsinə məyus oldum” sözləri qarşı tərəfin narazıçılığına səbəb olmuşdu.
Röya Brillianta cavabında “sən mənə görə məyus olma, uğur arzula bəsdir. Heç bir söz-söhbət məni ruhdan sala bilməz” demişdi.
banner

Oxşar Xəbərlər