• cümə axşamı, 28 mart, 22:40
  • Baku Bakı 13°C

Röya İlhamənin verdiyi titula brilliantla cavab verdi

19.09.13 09:07 1449
Röya İlhamənin verdiyi titula brilliantla cavab verdi
Ötən gün müğənni Zamiq Hüseynovun “Yaşıl Teatr”da “Bu şəhəri çox sevirəm” adlı baş tutan konsertində Röya xalq artisti İlhamə Quliyevaya qiymətli zinət əşyası bağışlayıb. Lent.az-ın məlumatına görə, Röya Zamiqlə “Sevişiyoruz” adlı duetini ifa etdikdən sonra, tamaşaçılardan xalq artisti İlhamə Quliyevanı alqışlamağa çağırıb və aldığı brilliant qaşlı üzüyü Zamiqlə birgə İ.Quliyevanın barmağına taxıb. Xalq artisti də öz növbəsində ona minnətdarlığını bildirib: “Mən hər zaman söyləmişəm ki, Röyanın mahnılarına qulaq asıram”.
Qeyd edək ki, "Grand" V&V company Müstəqil Milli İctimai Mükafatının təqdimat mərasimində xalq artisti İlhamə Quliyeva Röyaya “Şou-biznesin kraliçası” adını verərək, bu sözləri demişdi: “Röyanın sənətini, özünü çox sevirəm. Bu gündən etibarən onu şou-biznesin kraliçası adlandırıram”.
banner

Oxşar Xəbərlər