• cümə, 19 Aprel, 18:13
  • Baku Bakı 24°C

Rövşən Rzayev: “Bu, mənə qarşı qərəzli münasibətdir!”

15.08.17 18:30 1128
Rövşən Rzayev: “Bu, mənə qarşı qərəzli münasibətdir!”

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini deputat Rövşən Rzayev bu il iyulun 29-da internet-xəbər saytlarından birində yerləşdirilmiş və "Facebook" sosial şəbəkəsində rezonans doğurmuş "Deputat: "Yoxsulluq və işsizlik 5 faizə düşüb. Xalqımız xoşbəxtdir” başlıqlı yazı barədə Modern.az-a fikirlərini açıqlayıb.
Millət vəkili informasiya agentliklərindən birinin müxbiri ilə söhbətdə ölkə vətəndaşlarının sosial vəziyyətinin yaxşılaşdırılması üçün həyata keçirilən layihələrin və dövlət proqramlarının əhəmiyyətindən danışdığını, lakin işsizlik və yoxsulluqla bağlı heç bir konkret rəqəm göstərmədiyini, buna baxmayaraq, xəbər dərc olunarkən müxbirin onun fikirlərinə "əlavələr” etdiyini bildirib. Həmin xəbər bir gün sonra yuxarıdakı ironiyalı başlıqla yenidən başqa saytda yayımlanıb və qeyri-etik bir təqdimatla sosial şəbəkədə müzakirəyə çıxarılıb.
"Bu xəbər internetdə yerləşdirildiyi vaxt mən xaricdə olmuşam və Vətənə bir neçə gündür qayıtmışam. Sosial şəbəkədəki müzakirədən isə bu gün xəbər tutmuşam. Mənim söylədiyim fikirlərə əlavələr edilməsini, ironiyalı sərlövhə ilə yenidən yayımlanmasını və sosial şəbəkədə müzakirəyə çıxarılmasını özümə qarşı qərəzli münasibət kimi qiymətləndirirəm. Mən bir çox peşəkar jurnalistlərlə daim səmimi ünsiyyətdəyəm, onların sorğu və müraciətlərini həmişə cavablandırmağa çalışıram. Buna görə də jurnalist etikasının belə kobudcasına pozulmasına və söylədiyim fikirlərin qərəzkarlıqla ictimaiyyətə təqdim olunmasına etirazımı bildirirəm” deyə,deputa bildirib.
Komitə sədrinin müavini onu da qeyd edib ki, bu məsələ ilə bağlı "Azərbaycan-Azərbaycan" səhifəsinin rəhbəri Emil Məmmədovla telefon əlaqəsi yaradıb.
E. Məmmədovdan bu cür hallara niyə yol verdiyini soruşmaq istəsə də, o, telefonu deputatın üzünə qapadıb.
"Bir neçə dəfə bu şəxslə telefon əlaqəsi yaratmaq istəsəm də zənglərimə cavab vermədi. "Azərbaycan-Azərbaycan" adlı səhifənin belə bir insan tərəfindən idarə olunması yolverilməzdir. Bütün ictimaiyyət, cəmiyyət buna qarşı olmalıdır. Mənə qarşı bu cür qanunsuzluğa yol verən şəxs sabah bu hərəkəti bir başqasına qarşıda edəcək. Düşünürəm ki, məsələ ilə bağlı mediada tənzimləmələr aparılmalı və bunun qarşısı alınmalıdır”.

banner

Oxşar Xəbərlər