Rövşən Lənkəranskinin cənazəsi Azərbaycana gətirilib
İstanbulda qətlə yetirilmiş Rövşən Lənkəranskinin (Canıyevin) cənazəsi doğulduğu Lənkəran şəhərinə gətirilib.
APA-nın cənub bürosunun məlumatına görə, İstanbul-Lənkəran xüsusi reysi ilə gətirilmiş cənazə Kiçik Bazar məscidinə aparılır.
R.Caniyev bu gün səhər saatlarında Kiçik Bazar qəbiristanlığında dəfn ediləcək.