• cümə axşamı, 28 mart, 12:37
  • Baku Bakı 16°C

Rövnəq Abdullayev: Maraqlı oyunların şahidi olacağımıza əminəm

03.12.18 10:15 536
Rövnəq Abdullayev: Maraqlı oyunların şahidi olacağımıza əminəm
İlk növbədə onu demək olar ki, qrupumuzdakı komandaların hər biri ilə müəyyən tanışlığımız var. Müxtəlif illərdə həm dünya çempionatının, həm də Avropa çempionatının seçmə mərhələsində qarşılaşmışıq. Bununla belə, futbol dinamik, inkişafda olan idman növüdür. Təbii ki, hər bir milli komandanın da oyununda zaman-zaman dəyişikliklərin, yeniliklərin şahidi oluruq. Avro-2020-nin seçmə mərhələsində maraqlı oyunların şahidi olacağımıza əminəm.
AZƏRTACxəbər verir ki, bu sözləri AFFA-nın prezidenti Rövnəq Abdullayev dekabrın 2-də İrlandiyanın paytaxtı Dublində keçirilmiş Avro-2020-nin seçmə mərhələsinin püşkatma mərasimindən sonra söyləyib.
Millimizə oyunlarda uğurlar, qələbə sevinci arzu edən AFFA prezidenti deyib: "Avro-2020 bizim üçün təşkilati baxımdan da əlamətdar turnirdir. Final mərhələsinin 4 oyunu Bakı Olimpiya Stadionunda keçiriləcək. Bu baxımdan, Azərbaycan futbol ailəsinin hər bir üzvünə qarşıdakı müddətdə uğurlar arzulayıram”.
banner

Oxşar Xəbərlər