• çərşənbə axşamı, 16 aprel, 15:21
  • Baku Bakı 19°C

Rüşvət istəyən yol polisi işdən çıxarıldı

01.04.14 17:05 1202
Rüşvət istəyən yol polisi işdən çıxarıldı
Göyçay rayon Polis Şöbəsinin Yol Polisi Bölməsinin məsul işçisi vətəndaşların şikayəti əsasında işdən çıxarılıb.
Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə yol polisi bölməsinin inzibati təcrübə üzrə baş inspektoru, kapitan Bəxtiyar Həşimov vəzifəsindən azad edilib. Onun müxtəlif vaxtlarda sürücülərdən rüşvət tələb etdiyi üçün işdən çıxarıldığı bildirilir.
Məsələ ilə əlaqədar Göyçay rayon Polis Şöbəsinin Yol Polisi Bölməsindən APA-ya bildirib ki, 2007-ci ildən yol polisi bölməsində çalışan Bəxtiyar Həşimovun işində ciddi nöqsanlar aşkar edilib.
Sürücülərin çoxsaylı şikayəti əsasında Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən Bəxtiyar Həşimovun fəaliyyəti araşdırılıb.
Fəaliyyətində nöqsanlar aşkar edilən Bəxtiyar Həşimov polis orqanlarından xaric edilib.
Faktla bağlı araşdırmalar davam edir.
banner

Oxşar Xəbərlər