AZE | RUS | ENG |

Rüşvət alan baş mühəndisin məhkəməsi yekunlaşıb

Rüşvət alan baş mühəndisin məhkəməsi yekunlaşıb
200 manat rüşvət alan Vahid Feyziyev 4 il müddətinə azadlıqdan məhrum edilib

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rəşid Hüseynovun sədrliyi ilə rüşvət almaqda ittiham olunan şəxsin məhkəməsi yekunlaşıb. Məhkəmə qarşısında Beyləqanda enerji şəbəkəsinin baş mühəndisi Vahid Feyziyev cavab verib. V.Feyziyev Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsi ilə ittiham olunub.
İttihama gərə V.Feyziyev vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə Beyləqan rayon sakininin elektrik enerjisindən istifadəsi ilə əlaqədar qanunsuzluq hallarına yol verdiyi müəyyən edilib. Belə ki, V.Feyziyevin qanunazidd hərəkətləri barədə Beyləqan rayon sakininin Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin “161 - qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş müraciəti araşdırılıb. Müəyyən edilib ki, rayonun Talıbxanlı kənd sakini yaşadığı kəndin ərazisində icarəyə götürdüyü 0,5 hektar torpaq sahəsində inşa etdirdiyi tikiliyə enerji sayğacının quraşdırılması üçün texniki şərtin alınmasına görə Vahid Feyziyevə müraciət etdikdə sonuncu ondan 200 manat rüşvət tələb edib. Həyata keçirilən əməliyyat tədbirləri nəticəsində V.Feyziyev 2012-ci il mayın 8-də şəbəkənin inzibati binasındakı xidməti otağında vətəndaşdan 200 manat pulu rüşvət kimi alarkən Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən cinayət başında yaxalanıb. V.Feyziyev həmin pulları prokurorluq əməkdaşlarına təqdim edib və pullar hal şahidlərinin iştirakı ilə götürülərək rəsmiləşdirilib. Məhkəmənin hökmü ilə Vahid Feyziyev 4 il müddətinə azadlıqdan məhrum edilib.

Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8816
GEL 1 1 Gürcüstan larisi 0.5812
GBP 1 1 İngiltərə funt sterlinqi 2.0788
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1756
CHF 1 1 İsveçrə frankı 1.7256
KWD 1 1 Küveyt dinarı 5.5885
TRY 1 1 Türkiyə lirəsi 0.2946