AZE | RUS | ENG |


Rüstəm Orucov: “Gərək məşqləri bir az da artıraq”

Rüstəm Orucov: “Gərək məşqləri bir az da artıraq”
"Rəqibimi yormağa çalışdım. Bilirdim ki, onun dözümü məndən zəifdir. Sonra hücum etməyə başladım və məndə alındı”. "Report”un məlumatına görə, bunu Bakıda keçirilən "Böyük Dəbilqə” turnirində bürünc medal qazanan Rüstəm Orucov deyib.

73 kq çəki dərəcəsində mübarizə aparan 26 yaşlı Olimpiya mükafatçısı 3-cü yer uğrunda görüşdə gürcü Laşa Şavdatuaşviliyə qalib gəldikdən dərhal sonra fikirlərini bölüşüb. O, döyüşün çətin alındığını söyləyib: "Bu yarışdır, uduza və uda bilərəm. İlk 4 dəqiqədə özümü qoruyurdum. Çalışırdım girişməyəm. Yopniyalı rəqibimlə güləşəndə yüngül zədə aldım. Buz qoydum, keçdi. Gərək məşqləri bir az da artıraq. Yaponiyalı rəqibimlə başa-baş mübarizə apardım. Gələcəkdə onları udacağıq”.

R.Orucov 1/4 final mərhələsində Omari Niazaşvilini (Gürcüstan) məğlub etdikdən sonra çempionluğa gedən yoldan Riki Nakaya (Yaponiya) uduzub. Dmitri Kanivets ilə (Ukrayna) təsəlliverici döyüşdən üstün ayrılan Olimpiya mükafatçısı 3-cü yer uğrunda Laşa Şavdatuaşvilyə qalib gəlib.




Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0046
GEL 1 Gürcü larisi 0.6863
GBP 1 İngilis funt sterlinqi 2.2939
TRY 1 Türk lirəsi 0.4853
KWD 1 Küveyt dinarı 5.6435
SEK 1 İsveç kronu 0.2120
EUR 1 Avro 2.0209
CHF 1 İsveçrə frankı 1.7507
USD 1 ABŞ dolları 1.7007