«Rüstəm İbrahimbəyova böyük hörmətimiz var»

«Rüstəm İbrahimbəyova böyük hörmətimiz var»

Cəmiyyət
03 Dekabr 2012, 11:02 1477
«Rüstəm İbrahimbəyova böyük hörmətimiz var. Amma ARDNŞ qanunsuz torpaq tutulmalarına ayrı-ayrı fərdlərə görə baxa bilməz». «APA»nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev deyib.

Onun sözlərinə görə, sözügedən problemlə bağlı ARDNŞ-in minlərlə məhkəmə çəkişməsi var: «O torpaqları bələdiyyələr qanunsuz verib. Yalnız torpaqların şəkli çəkilib, koordinatları isə çəkilməyib. Qarışıq sənədlər təqdim olunub».

R.Abdullayev qeyd edib ki, qanunsuz torpaq sahələrinin sənədləşdirilməsi ilə bağlı yaradılan komissiya araşdırmalar aparır: «Təkcə Bakının Binəqədi rayonunda 15 min problemli məhkəmə çəkişməmiz var. Hesab edirəm ki, tezliklə bu problemlər öz həllini tapacaq».