• cümə, 29 Mart, 14:13
  • Baku Bakı 14°C

Rüstəm İbrahimbəyov Milli Şuranın sədri oldu

07.06.13 11:01 1591
Rüstəm İbrahimbəyov Milli Şuranın sədri oldu
İyunun 7-də təsis konfransı keçirilən Demokratik Qüvvələrin Milli Şurası quruma sədr seçib.
Müsavat başqanı İsa Qəmbər çıxışında deyib: “Biz Azərbaycan xalqının taleyini üzərimizə götürmüşüksə, bu məsuliyyəti yerinə yetirməliyik. Milli Şura ideyası çox diqqətdə oldu, bu, reallıqdır. Bu reallığı qəbul etdik. Təklif edirəm ki, sədr seçkisi keçirək və Rüstəm İbrahimbəyov Milli Şuranın sədri olsun”.
Təklif səs qoyulub və yazıçı, kino xadimi Rüstəm İbrahimbəyov yekdilliklə Demokratik Qüvvələrin Milli Şurasının sədri seçilib.
Milli Şuranın təsisçilərindən olan Eldəniz Quliyev Rüstəm İbrahimbəyovun təbrik məktubunu oxuyub.
banner

Oxşar Xəbərlər