• cümə, 29 Mart, 18:44
  • Baku Bakı 14°C

“Rüstəm İbrahimbəyov Azərbaycan mentalitetinə yad şəxsdir”

04.07.13 15:23 1458
“Rüstəm İbrahimbəyov Azərbaycan mentalitetinə yad şəxsdir”
Hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini-icra katibi, deputat Əli Əhmədov bu gün Lənkəranda partiyanın yerli fəalları ilə görüşü zamanı onları bu il ayıq-sayıq olmağa, xırda nöqsanları şişirdib siyasi xal qazanmaq istəyən qüvvələrə qarşı tutarlı faktlarla fəal mübarizə aparmağa çağırıb.
APA-nın məlumatına görə, Ə. Əhmədov bildirib ki, Azərbaycanda müxalifətə cəmiyyət tərəfindən ciddi dəstək yoxdur. O qeyd edib ki, Milli Şuranı yaradanlar da bu reallığı dərk etməlidirlər: “Milli Şuranın siyasi perspektivləri və taleyinə gəldikdə isə, birmənalı şəkildə deyə bilərəm ki, bu gün kənar qüvvələrin diktəsi ilə yaradılan Milli Şura deyilən qurumu Azərbaycan xalqı dəstəkləmir. Buna görə də xalqa söykənməyən dəstənin ciddi bir siyasi şansı yoxdur”.
İcra katibi daha sonra əlavə edib ki, Milli Şura özünə lider seçdiyi Rüstəm İbrahimbəyov 30 ildir Azərbaycanda yaşamır: “Bu adam düz-əməlli Azərbaycan dilini də bilmir. Azərbaycan mentalitetinə yad bir şəxsdir. 2-3 il əvvəl erməniləri müdafiə etdiyinə, Azərbaycanın ərazi bütövlüyünü şübhə altına aldığına görə Rüstəm İbrahimbəyovu kəskin tənqid edən müxaliflər indi onu prezidentliyə namizəd göstərir. Hansı ağıl və hansı əsasla? Qətiyyətlə deyə bilərəm ki, bu qüvvələrin gələcək seçkilərdə cüzi bir şansı yoxdur. Xalq yalnız Azərbaycanı qısa müddətdə regionda lider dövlətə çevirən cənab İlham Əliyevə səs verəcək”.
Tədbirdə Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov çıxış edərək bildirib ki, hazırda rayonda geniş sosial layihələr həyata keçirilir - yeni su xətləri çəkilir, yollar əsaslı təmir olunur, kəndlər qazlaşdırılır. İcra başçısı görülən bütün işlərin cənab İlham Əliyevin yürütdüyü uzaqgörən siyasət nəticəsində mümkün olduğunu və növbəti 5 il üçün Lənkəran əhalisinin mütləq əksəriyyətinin bu siyasətin davamı olaraq, prezident seçkilərində yeganə layiqli namizəd İlham Əliyevə yekdilliklə səs verəcəklərini bildirib. Görüşdə Milli Məclisin sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli də iştirak edib.
banner

Oxşar Xəbərlər