“Russki Berlin” qəzeti 40 il əvvəl Moskva metrosunda törədilmiş terror aktından yazıb
"Russki Berlin” qəzetinin qoşa səhifəsində 40 il əvvəl erməni terrorçuları Zatikyan, Baqdasaryan və Simonyan tərəfindən Moskva metrosunda törədilmiş terror aktı haqqında geniş material dərc edilib. Məqalədə cinayət işinin materiallarına istinadla maraqlı məlumatlar verilir. Almaniya paytaxtının erməni icması çox çalışsa da, bu məqalənin işıq üzü görməsinə mane ola bilməyib.