• çərşənbə, 17 Aprel, 01:22
  • Baku Bakı 14°C

Ruslar ermənilərə hava hücumundan müdafiəni öyrədir - Təlim

04.04.14 12:05 1000
Ruslar ermənilərə hava hücumundan müdafiəni öyrədir - Təlim
APA-nın Rusiya Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, «Alagöz» poliqonunda keçirilən təlimdə 250 hərbçi və 50 hava hücumundan müdafiə texnikası iştirak edir.
Təlimə ilk dəfə olaraq, ötən il 102-ci bazanın arsenalına daxil edilmiş BUK-M1-2 və S-300V «Antey» zenit-raket kompleksləri də cəlb olunub.
Qeyd edək ki, 2013-cü ilin ortalarınadək Rusiya Silahlı Qüvvələrinin Ermənistandakı 102-ci hərbi bazasının hava hücumundan müdafiəsində əsasən ZSU-23-4 "Şilka" zenit pulemyotları, "Strela-1", "Strela-10", 2К12 "Kub" və S-300 zenit-raket kompleksləri yer alıb.
banner

Oxşar Xəbərlər