AZE | RUS | ENG |

“Ruslar bizə yuxarıdan aşağı baxacaqlar”

“Ruslar bizə yuxarıdan aşağı baxacaqlar”
Vaqif Cavadov rəqibin bu yanaşmasının onlara baha başa gələcəyinə ümid edir

Milli komandamızın hücumçusu Vaqif Cavadovun Qol.Az saytına müsahibəsi

- Rusiya ilə dünya çempionatının seçmə mərhələsində keçiricəyimiz oyun üçün hazırlıq necə gedir?
- Çox ciddi. Güclü rəqibə qarşı oynayacağıq. Biz bir seçmə mərhələdə Rusiya ilə qarşılaşmışıq. O zaman Bakıdakı matçda heç-heçə etdik. Amma rəqibi məğlubiyyətə də uğrada bilərdik. İndi isə Rusiya millisi daha güclüdür. Onlar seçmə mərhələnin əvvəllərində xal itirmək istəməyəcəklər. Ona görə də milimizlə qarşılaşmada var gücləriylə mübarizə aparacaqlar. Bu üzdən komanda yoldaşlarım çox ciddi və ürəkdən məşq edirlər.
- Rusiya ilə görüşdən nə gözləyirsən?
- Hazırda rəqib düşərgədə bəzi futbolçuların başı qalmaqala qarışıb. Ancaq inanmıram ki, bu amil oyunlarına öz təsirini göstərsin. Çünki baş məşqçi Fabio Kapello belə bir şeylərə imkan verməz. O ki, qaldı matça, biz yalnız öz oyunumuzu fikirləşməliyik. Əgər bütün futbolçularımız qarşılaşmaya çox ciddi yanaşsalar, ruslarla oynamaq olar. Çünki istənilən güclü komanda kimi Rusiyanın da zəif yerləri var. İnanıram ki, biz də bundan istifadə edib vətənə yaxşı nəticəylə dönə biləcəyik.
- Rusiya Premyer Liqasında çıxış etmiş bir futbolçu kimi, növbəti rəqibin zəif tərəflərinin nədən ibarət olduğunu söyləyə bilərsən?
- Bunu bizim baş məşqçi daha yaxşı bilər. Lakin bir futbolçu kimi mən onların zəif tərəfini arxayınçılıqda görürəm. Çünki ruslar bizə yuxarıdan aşağı baxacaqlar. Bu da onları yandıra bilər. Həmçinin Rusiyanın bizdən öncə Portuqaliyayla səfər matçı var. Bu mənada, rəqibimizi yaxşı təhlil etmək imkanımız olacaq.
- Sən Rusiya komandasının qapısına Bakıda vurduğun qolla da yadda qalmısan.
- Budəfəki görüşdə də bunun üçün çox çalışacağam. Lakin mən qol vurmasam da, komanda yoldaşımın fərqlənməsi üçün əlimdən gələni edəcəyəm. Təbii ki, əgər oynasam. Kimin qol vurmasının fərqi yoxdur. Ən əsası komandanın uğurudur.
- Səncə, ruslarla müdafiə deyil, açıq futbol oynamaq olarmı?
- Bunu baş məşqçimiz təyin edəcək. Portuqaliyayla oyunda az hücum etmişdik. Lakin mənə belə gəlir ki, Moskvada komandamız rəqib qapısına daha çox hücum edəcək.
- Bəs, yaxşı nəticəylə vətənə dönmək şanslarımızı necə qiymətləndirirsən?
- Rusiya futbolu hələ keçmiş SSSR-i dövründən bizə yaxşı tanışdır. Portuqaliyadan fərqli olaraq, Ruslarla oynamaq hardasa daha rahat olacaq. Biz səfərə xal qazanmağa gedəcəyik.

Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8876
GEL 1 1 Gürcüstan larisi 0.583
GBP 1 1 İngiltərə funt sterlinqi 2.0559
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1763
CHF 1 1 İsveçrə frankı 1.7369
KWD 1 1 Küveyt dinarı 5.5865
TRY 1 1 Türkiyə lirəsi 0.3056